Bu təlim iştirakçıları Microsoft-un beynəlxalq PL-300 sertifikat imtahanını uğurla keçməsi üçün vacib bacarıqlarla təmin edir. Təlim proqramı həm nəzəri və praktiki mövzularla zəngin olub Microsoft Power BI-ın ən son yeniliklərinin özündə cəmləşdirir.
Bu təlim əməkdaşlarınızın mövcud Microsoft Excel biliklərinin təkmilləşdirməsinə dəstək olaraq zaman alıcı və təkrar addımların qarşısını almağı və onların peşəkar Excel istifadəçisi olmasını hədəfləyir. Təlimin proqramı Microsoft-un rəsmi imtahan kurikulumu əsasında hazırlandığı üçün əməkdaşların beynəlxalq sertifikat əldə etməsinə də kömək edir.
Bu təlim məlumatların əldə edilməsi və emalından cəlbedici hesabatlar yaratmağa qədər geniş mövzuları əhatə edir. Təlimin proqramı real dünya məlumatları ilə praktiki təcrübə təqdim edir və iştirakçılara mürəkkəb biznes problemlərini həll etməkdə Microsoft Power BI-dan ustalıqla istifadə etməyi öyrədir.
Bu xidmət vasitəsilə siz ənənəvi hesabatlarınızı Microsoft BI üzərindən avtomatlaşdıraraq məlumatların daha effektiv və vizual şəkildə təqdim edilməsinə nail ola bilirsiniz. Zen Analytics komandası sizə bu keçid prosesində bələdçiniz olmağa hazırdır.